Sunday, October 2, 2011

Abbas Lesanlı niyə uduzmayacaq?

Artıq Abbas bəy Leysanlı evləriylə gerçəkləşdirdiyi 2 dəqiqəlik telfon danışığında aclıq aksıyasını dayandırdığını bildirərək, bundan sonra başına bir iş gələrsə aclıqdan deyildir deyə uyarı verməklə dustaqda yaşanan durumdan görüntülər verməyə çalışmışdır.
Abbas bəyin aclığa girməsinin nədənlərini kəsin bilmirəm, uzaqdan uzağa onun sağlamlığıyla ilgili qayğılanan birisi kimi bu aksıyanın qurtardığını eşitdikdə sevindim. Ancaq düzünü söylərsəm bu sevincim onun verdiyi uyarının kölgəsində qaldı: "Mənə bir şey olsa aclıq aksıyasından deyil". Bunu çəkmək birər birimizə çətindir.
  Bu qısa yazıda Abbas bəyin aclıq aksıyası qonu deyil. Qonu Abbas bəy Leysanlının daha öncəki tutulduğu dönəmdə yoldaşı Ruqəyyə xanımla uşaqları Sevda, Atilla, Oxtayla dustaqda görüşürkən çəkdirdiyi bir şəkildir. Dustaqda olan birisinin şəkilinə baxıb gülümsəyə bildiyim ilk şəkildir bu. Çox şaşırdıcı bir fenomen bir olqudur. Dustağın görüşünə getmiş uşaqların gözlərinin içinə baxın. Diqqətlə baxın. Abbas bəyin əkdiyi güvəncdən, qıvancdan, onurdan başqa heç nə görməyəcəksiniz. Düşmən boş yerə bu kiçik, bo suçsuz, bu cocuqsu gözlərdə qorxu axtarır. Bu gözlərdə tapılmayan nəsə varsa o da qorxudur.
Bu şəkili bir neçə yol bu facebookda paylaşdım. Paylaşdığımca dönə dönə şəkilin içindəkilərin gözlərinə baxdım. Üzlərinin qırışlarını, qırışların söyləmini, söyləmin kataqorisini aydınlatmağa çalışdım. Ancaq dönə dönə baxdıqca dönə dönə dodaqlarım qaçdı. Sevdanın gülmsər üzündə güvənc gördüm. Atillanın fotoaparatın gözlərinin içinə baxan gözlərində hardasa bir qayğı çaları sezsəm də, daha qabarıqcasına duran huzur, dinclik, əmniyyət, atasından arxayınlıq gördüm. Oxtayda dəcəllik, qorxmazlıq "oxa taylıq" gördüm. Ruqəyyə xanımın gəlincə bütün bu dediklərimə iki çalar daha artırmalıyam: kədərdən bir çalar, qayğıdan bir iz daha var burada. Bu da doğaldır. Necə olursa olsun Abbas bəyin içəridə olduğu sürəcə evin ev qayğısı, eşiyin eşik işləri, uşaqların gündəlik dolanışından tutmuş əhval ruhiyyələrini yerində saxlamaq kimi işlərin bütünü Ruqəyyə xanımın çiyinlərinə düşür.
    Bu uzun girişdən sonra qısaca bir söz demək istəyirdim. Abbas Lesanlı niyə uduzmayacaqdır sorusuna yanıt kimi də dəyərləndirə bilərsiniz. Abbas Leysanlının üzünü bu şəkildə aydın görənməsək də onda gülüş izlərini seçmək çətin deyil. Abbas bəy qurtuluş bayrağını birər uşaqlarının bəlləyinə asmış durur. Abbas bəy qurtuluş bayrağını öz evinin damında əsdirmiş durur. Abbas bəy Sevdasıyla, Atillasıyla, Oxtayıyla qurtuluş torpaqlarının dərinliklərinə kök atmış durur. Abbas bəyin evini azərbaycanlı siyasi eyləmçilərinin evlərindən olan bir örnək kimi də götürəmk olar. Beləysə bizə ölüm yoxdur. Beləysə dilimizi yer üzündən, kökümüzü torpaqdan silmək istəyənlərin uduzduqlarını qutlaya bilərik. Beləysə Abbas bəy dəmir barmaqlıqların ardından niyə də gülməsin? Beləysə bu şəkilə baxarkən sevgidən, onurdan, qıvancdan doğan gülümsəmə mənim dodaqlarıma niyə yenməsin?
   Düşündüklərimi yazım deyə içimdən keçrirdim. Ramin bəy Cabbarlıyla telfonda görüşürəm. Oradan buradan başlıyıb ortaq yerə çatırıq: Abbas bəyin durumu! Şəkil üzərinə düşündüklərimi onunla paylaşıram, Bax, görürsənmi Ramin uşaqların üzündə heç bir qorxu yoxdur deyirəm! Ramin həyəcanlanır: "Qoy sənə bir söz deyim: Deməli Abbas bəyi bir yol tutanda,  damdan divardan aşaraq Abbas bəyin evinə tökülən pasdarlar "Abbas hardadır?" deyə bağırırkən səs gəlmir. Otaqların birində Atillayla Oxtay bilgisayar arxasında oynuyurmuşlar, uşaqlardan biri " yenə də gəldilər" deyə mızıldanaraq başını qaldırmadan: " Bağırma, odurey orda" deyib otaqların birini göstərib qardaşıyla oynadığı oyunun ardını tutur. Ramin şaqqanax çəkib gülür, məni də gülmək tutur. Gülürəm. Üzün gülsün Ramin, məni güldürdün deyirəm. Yadıma ölüsü olan adamların yanına güldürmə qabiliyəti olan adamların aparıldığının fəlsəfəsi düşür. Ölüsü olan damı öz evində təziyə yerində güldürmək çox çətin işdir. Ancaq bunu da bacaranlar var. İbrahimin, Minanın, Aylanın getdiyi bu günlərdə gülmək olmur... gülmək çətinləşir...Ancaq Ramin bunu bacarır. Bu şəkil bunu bacarır. Dustaqdan götürüldüyünə baxmayaraq bu şəkil bizi gülümsəməyə götürür.

No comments:

Post a Comment