
ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil şəhər şöbəsinin əməkdaşları tərəfindən tutulan A. Lisani 3 gün öncə ailəsi ilə telefon əlaqəsi saxlayıb və tutulduğu gündən aclıq aksiyası (etisab-i ğəza) keçirdiyindən səhhətində ciddi problemlərin olduğunu söyləyib. A. Lisaninin harada saxlanılması və ona qarşı irəli sürülən ittiham barədə məlumat verilmir. Qeyd edək ki, Abbas Lisani Ərdəbil şəhərində Urmu gölü ilə bağlı keçirilən etiraz yürüşləri ilə əlaqədardır.
No comments:
Post a Comment