Sunday, October 2, 2011

Abbas Lisanin canı təhlükədə

Abbas Lisanin canı təhlükədə
Əlimə gələn xəbərlər görə,  Abbas Lisanini Tehrana aparıblar. Abbas Lisaninin Tehrana göndərilməsi sadə və bəsit siyasi əməl olaraq görülməməli. Abbas Lisaninin Tehrana göndərilməsinin mənası nədir ? İran dövləti nə etmək istəyir? Abbas Lisaninin cani əmniyəti təhləkədə olduğu aşikar. Yuxarıdakı suallarla bərabər,  bizlər Abbas Lisani haqda nə edəbilərik? . Önəmli olan məsələ budurki, Lisaninin Tehrana göndərilməsini ciddiyə almalı və onu bütün gücümüzlə qorumaya çalışmalıyıq.
Abbas Lisanin canı təhlükədə. Bu məsələni ciddiyə almaliyiq. Bu noqtədə bütün siyasi çəkişmələr bir tərəfə buraxılmalı. Abbas Lisanı düşmən əlində əsirdir və yüksək ehtimalla canı təhlükədə. İnsanların və təşkilatların siyasi buluğu , əxlaqi üstünlüyü və milli şuuru belə zamanlarda isbat olunur. Biz İran dövlətinə göstərməliyik ki, biz milli şəxsiyətlərimizi `hamardan tapmamışıq`. Biz göstərməliyik ki, onlar bizim hər şeyimiz. Biz göstərməliyik ki, öz içimizdə fikir və səliqə ixtilafımız olsa da, düşmənlərin qarşısında birik və eyniyik. Biz göstərməliyik ki, bugün hamımız bir abbas Lisaniyik.  Biz göstərməliyik ki, şəxsiyətlərimizi siyasi ixtilafların toz-domanı içində unudmaycağıq. Millilik budur: Öz içimizdə minlərcə  ixtilafımız  olsa da, düımən qarşısında bir və tək vucud olabilməkdir.
 "abbas lisannin qorumasi istiqamətində nə edəbilərik?" sualı indi əsasi məslələrimizdən biri olmalı. `Abbas Lisanin Haqlarını Qoruma Komitəsi` qurlmasi sizə görə necə fikirdir?. Dostlardan başqa təklifləri olan varsa yazsınlar lütfən.
Arif Kəskin

No comments:

Post a Comment